Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

21.10.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu xəttində sərnişin daşımalarının həyata keçiriləcəyini və qatarların dayanacaqlarının olacağını bildirib.

“Sputnik-Armenia” xəbər verir ki, bunu Mirzoyan Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasında TRIPP layihəsi ilə bağlı çərçivə sazişinin ratifikasiyası məsələsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, hər iki tərəf üçün faydalı olan TRIPP-in iqtisadi baxımdan artıq sülhün möhkəmlənməsinə müsbət təsiri var.

“Əgər biz Azərbaycan ərazisindən keçməklə Çindən dəmir yolu ilə nəsə gətirə biliriksə, burada ironiya nədədir? Bəli, Azərbaycanın marağı var, Ermənistanın da marağı var. Bu, qarşılıqlı faydalı işdir”, – nazir vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью