Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Şimal-Cənub nəqliyyat dəhlizində görülən işlərlə bağlı Ararat Mirzoyana və erməni diplomatlara məlumat verib.
Globalinfo.az xəbər verir ki, Ermənistanın xaricdə çalışan səfirlərinə Sünikdə (Zəngəzurda) tikilən yollar göstərilib.
Erməni diplomatlar həmçinin Aqarək-Kacaran yolunda yeni tunel və körpülərin tikintisi ilə tanış olublar.
Ermənistan-İran sərhədində diplomatlar keçid məntəqəsinin genişləndirilməsi və ikinci körpünün tikintisi layihəsini yaxından izləyiblər.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanla sərhəd olan Qafan şəhərində erməni diplomatların toplantısı olub.
Əliyar Xəlil