Mirzoyandan növbəti sülh açıqlaması: Razılıq var

09.12.2024

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Artıq Azərbaycanla sülh müqaviləsinin 17 maddəsinin 15-i üzrə razılıq var”.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın “Lännen Media” xəbər agentliyinə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Biz indi sülh müqaviləsini imzalamağa  çox yaxınıq. İki dövlətin və cəmiyyətin keçmişinə baxmayaraq, düşmənçilik səhifəsini çevirmək şansı mövcuddur. Bölgəmizdə kifayət qədər qan tökülüb və indi gələcəyə baxmaq lazımdır. Hazırda bizim diqqətimiz ölkəmizin təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsinə yönəlib. Dünya dəyişir, cəsarətli siyasi qərarlar qəbul etməyin vaxtı çatıb”, – deyə Mirzoyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью