Mirzoyanın müavini Britaniya XİN rəsmisi ilə normallaşma prosesindən danışıb

25.02.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Kris Allanı qəbul edib.

“Report” xəbər verir ki, onlar Ermənistanın Azərbaycanla münasibətlərin normallaşması prosesi, eləcə də Cənubi Qafqazda sabitliyin, davamlı sülhün təmin edilməsi ilə bağlı müzakirələr aparıblar.

Bununla yanaşı, Ermənistan və Böyük Britaniya arasında ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью