Icma.az bildirir, Marja.az portalına istinadən.
Mis qiymətləri ABŞ-ın emal edilmiş mis idxalına tətbiq olunan gömrük rüsumlarını genişləndirə biləcəyi ilə bağlı gözləntilər fonunda həftələrdir davam edən yüksəlişini davam etdirərək London Metal Birjasında (LME) bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Marja.az xəbər verir ki Mis LME-də (London Metal Exchange - London Metal Birjası) 0,8%-dək bahalaşaraq ton üçün 14 min 533 dollara yüksəlib və yanvar ayında qeydə alınmış əvvəlki rekordu yeniləyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son bir ildə misin qiyməti 17% artıb. Bahalaşmada uzunmüddətli tələb-təklif balanssızlığı əsas amillərdən biri olub.
ABŞ Ticarət Nazirliyinin mis idxalına gömrük rüsumunun tətbiq edilməsinin zəruri olub-olmaması ilə bağlı tövsiyələri əks etdirən hesabatı Ağ Evə təqdim etməsindən təxminən iki ay keçməsinə baxmayaraq, bazar mümkün tarif qərarını qiymətlərə daxil etməyə davam edir.
Qlobal mis ehtiyatları ümumilikdə yüksək səviyyədə qalsa da, London Metal Birjasının qlobal anbar şəbəkəsində mövcud metal ehtiyatları azalıb. Mis ehtiyatlarının böyük hissəsinin ABŞ-da cəmləşməsi digər bazarlarda qısamüddətli əlçatan təklifi məhdudlaşdırıb.
Bu vəziyyət, eyni zamanda, misin qiymətinin aşağı düşəcəyinə mərc edən və qısa mövqe (short position) tutan investorlar üzərində təzyiqi artırıb. Qısa mövqelərin bağlanması üçün yaranan əlavə alış tələbi, ümumi fiziki tələbin zəif olduğu şəraitdə belə, mis qiymətlərinin tarixi maksimuma yüksəlməsinə dəstək verib.