Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda mis konsentratının istehsalı 8 min 831,3 ton olub.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə çoxdur.
Bu ilin iyulun 1-nə olan məlumata görə, ölkədə mis konsentratının ehtiyatı isə 1 min 632,1 ton təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!