Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatmasına dair razılaşmanın yaxın olduğunu açıqladıqdan sonra dünya bazarlarında misin qiyməti yüksəlişə keçib.
Banco.az xəbər verir ki, Tramp razılaşmanın hələ yekunlaşmadığını, lakin hətta bu həftəsonu imzalana biləcəyini bildirib.
Bununla belə, İran tərəfi bu məlumatı hələ təsdiqləməyib.
Münaqişənin sona çatacağına dair gözləntilər London Metal Birjasında əsas metal müqavilələrinin qiymətlərinin artmasına səbəb olub. Eyni zamanda, Asiya fond bazarlarında da yüksəliş müşahidə edilib.
Analitiklərin fikrincə, Yaxın Şərqdəki gərginlik süni intellekt, enerji infrastrukturu və bərpa olunan enerji sahələrinə yatırımların artmasından faydalanan mis bazarı üçün ciddi risk yaradır.
Şanxay bazarında keçirilən ilkin əməliyyatlarda misin qiyməti 1,2 faiz artaraq bir ton üçün 13 643,50 dollara yüksəlib. Alüminiumun qiyməti 0,8 faiz, sinkin qiyməti isə 0,7 faiz artıb.