Mişel Platini FİFA prezidentini məhkəməyə verib

09.06.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA keçmiş prezidenti Mişel Platini Parisdəki vəkilləri vasitəsilə FIFA prezidenti Canni İnfantino, beş İsveçrə futbol rəsmisi və prokuroruna qarşı cinayət işi qaldırıb. Sport24.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

70 yaşlı Platininin iddiasına görə, on il əvvəl ona qarşı şər atmaqla FIFA prezidenti olmasına imkan verilməyib. 

Platininin nümayəndəsi, 2022-ci ildə İsveçrə hakimiyyəti qarşısında qaldırılan iddialarla bağlı açıqlamasında vəkillərin FİFA-ya qarşı da mülki iddia qaldıracağını bildirib.

Qeyd edək ki, UEFA-nın sabiq rəhbəri həmçinin İsveçrənin keçmiş baş prokuroru Maykl Lauber və FIFA-nın keçmiş hüquq direktoru Marko Villigerə qarşı şikayət ərizəsi təqdim edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью