Mişel Platiniyə və Yozef Blatterə bəraət verilib

25.03.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsveçrənin cinayət məhkəməsi UEFA-nın keçmiş prezidenti Mişel Platini və FİFA-nın keçmiş rəhbəri Yozef Blatterə bəraət verib. Sport24.az xəbər verir ki, bu barədə L'Équip məlumat yayıb.

Söhbət 2011-ci ildə Blatterin razılığı ilə Platininin texniki məsləhətçi işinə görə təzminat kimi FİFA-dan aldığı 2 milyon İsveçrə frankından gedirdi.

Hər iki funksioner dələduzluqda və korrupsiyada ittiham olunur. İstintaq hələ 2015-ci ildə başlayıb.

2022-ci ildə birinci instansiya məhkəməsi Blatter və Platiniyə bəraət verib. Bu gün İsveçrənin Muttenz şəhərindəki apellyasiya məhkəməsinin hakimləri növbəti dəfə prokurorun tələbini təmin etməyiblər.

Qeyd edək ki, prokurorlar 89 yaşlı Blatter və 69 yaşlı Platini üçün 20 aylıq şərti cəza istəmişdilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью