Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransız yazıçısı Mişel Uelbek haqqında ayrı-seçkiliyə və nifrətə təhrikə təşviq etmək ittihamı ilə cinayət-prosessual araşdırma başlanıb.
Kulis.az xəbər verir ki, qərar Nanter məhkəməsinin istintaq hakimi tərəfindən qəbul edilib.
Məsələnin kökündə Uelbekin 2022-ci ilin noyabrında filosof Mişel Onfrayın "Front Populaire" jurnalına verdiyi geniş müsahibə dayanır. Həmin söhbətdə yazıçının müsəlmanlar və Fransanın gələcəyi ilə bağlı fikirləri ciddi etirazlara səbəb olmuşdu. Fransa Məscidləri İttifaqı və İrqçiliyə Qarşı Hərəkat bu açıqlamalarla bağlı hüquqi şikayətlər etmişdi.
Araşdırma yazıçının müəyyən bir dini mənsubiyyətə malik insanlara qarşı ayrı-seçkilik və nifrətə təhrik edilməsinə kömək göstərib-göstərmədiyi məsələsini əhatə edir. Uelbekin vəkilləri ittihamın hüquqi əsaslarını mübahisələndirir və intellektual müzakirələrin getdikcə daha çox məhkəmə müstəvisinə daşınmasından təəssüfləndiklərini bildirirlər.
Qeyd edək ki, Mişel Uelbek müasir fransız ədəbiyyatının ən çox müzakirə olunan müəlliflərindəndir. "Elementar hissəciklər", "Platforma" və "Təslimiyyət" kimi romanları ilə tanınan yazıçı əsərlərində din, miqrasiya, Qərb cəmiyyətinin böhranı və insan münasibətlərinə toxunur. Onun yaradıcılığı uzun illərdir həm ədəbi tənqidçilərin, həm də ictimaiyyətin diqqətindədir.
Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?