Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Yuxu həm fiziki, həm də zehni sağlamlıq üçün vacibdir.
Müasir həyat tərzi, artan stres və müxtəlif amillər səbəbindən bir çox insan yuxuya getməkdə çətinlik çəkir.
Bunun nəticəsində insanlar alternativ üsullara, o cümlədən, bitki mənşəli vasitələrə və ənənəvi inanclara üz tuturlar.
KONKRET.az xəbər verir ki, belə üsullardan biri də yastığın altına çörək otu qoymaqdır. Bəs görəsən, bu metodun yuxuya təsiri varmı?
Yenisabah.az sözügedən mövzunu araşdırıb: Çörək otunun tarixi və faydaları Çörək otu (Nigella sativa) əsrlərdir tibbi və qida məqsədləri ilə istifadə olunan bir bitkidir.
Tarixdə onun bir çox xəstəliklərə qarşı faydalı olduğu vurğulanmışdır.
Məsələn, qədim Misirdə sağlamlıq mənbəyi hesab olunan çörək otu İslam dünyasında “ölümdən başqa hər dərdə çarə” kimi tanınırdı.
Müasir elm isə çörək otunun antioksidant, iltihabəleyhinə və sakitləşdirici xüsusiyyətlərə malik olduğunu sübut etmişdir.