Misir 1,267 milyon ton buğda alır AZƏRTAC

29.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qahirə, 29 dekabr, AZƏRTAC

Misir 2025-ci ilin iyun ayının sonuna qədər ehtiyacını ödəmək üçün təxminən 1,267 milyon ton buğda alacaq.

AZƏRTAC KİV-lərə istinadla xəbər verir ki, Davamlı İnkişaf üzrə Misirin Gələcəyi fondu buğda tədarükü ilə bağlı müqavilələr bağlayıb.

“Reuters” agentliyinin məlumatına görə, buğdanın böyük hissəsi Rusiyadan alınıb. Qeyd olunub ki, müqavilə çərçivəsində alınan buğda yükləri artıq Misir limanlarına çatdırılmağa başlayıb və növbəti aylarda digər yüklərin də gətirilməsi gözlənilir.

Davamlı İnkişaf üzrə Misirin Gələcəyi Fondu isə məlumat barədə hər hansı açıqlama verməyib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью