Misir 2034 cü ildə keçiriləcək dünya çempionatı üçün FIFA ya müraciət ünvanlayıb

13.03.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misir 2034-cü ildə keçiriləcək dünya çempionatının bəzi oyunlarına ev sahibliyi etmək istəyi barədə FIFA-ya məlumat verib.

Oxu.Az xəbər verir ki, Afrika Futbol Konfederasiyasının (CAF) Baş Assambleyasında çıxış edən Misir Futbol Federasiyasının prezidenti Hani Əbu Rida FIFA prezidenti Canni İnfantinoya 2034-cü ildə keçiriləcək dünya çempionatının qruplarından birində matçların Misirdə keçirilməsi xahişi ilə müraciət etdiyini bildirib.

Misir millisinin turnirdə debüt etməsinin 100 illiyinə təsadüf DÇ zamanı bəzi oyunların ölkədə keçirilməsi təklif olunur. 1934-cü ildə misirlilər dünya çempionatında çıxış edən ilk Afrika komandası olub.

Qeyd edək ki, 2034-cü ildə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью