Misir ABŞ təyyarələrini öz hava məkanına buraxmayıb

18.02.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Misir Böyük Britaniyadan havaya qalxan və Yaxın Şərq istiqamətində uçan ABŞ Hərbi Hava Qüvvələrinin (USF) iki B-52H “Stratofortress” strateji bombardmançı təyyarəsi və yanacaq dolduran tankerlərini öz hava məkanına buraxmayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, bu səbəbdən təyyarələr bir müddət havada qalmalı olub.

Hərbi mənbələrə görə, təyyarənin silah statusu qırmızıya keçib və Konqres üzvlərinə hadisələrlə bağlı məlumat verilib.

ABŞ-nin Yaxın Şərqə istiqamətləndirdiyi “B-52” bombardmançı təyyarələrindən biri İordaniya hava məkanına daxil olub, digəri isə İraq üzərindən İrana doğru hərəkət etdikdən sonra Fars körfəzi üzərində radarlardan itib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью