Misir Aİdən 1 milyard avroluq ilk tranşı alıb

04.01.2025

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqının (Aİ) iqtisadi yardımının ilk tranşı 27 dekabr 2024-cü ildə Misir Mərkəzi Bankının hesabına daxil olub.

Banco.az xəbər verir ki, bu barədə Qahirədə keçirilmiş mətbuat konfransında respublikanın Baş naziri Mustafa Madbuli bildirib.

“Aİ Misir iqtisadiyyatının dəstəklənməsi proqramı çərçivəsində Misirə 1 milyard avro məbləğində ilk tranşı göndərib. Vəsait keçən cümə günü Mərkəzi Bankın hesabına daxil olub”, – o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Hökumət başçısının fikrincə, 2024-cü ildə ölkənin ÜDM-nin 3,5% artması “hakimiyyətin düzgün istiqamətdə irəlilədiyinin əlaməti” kimi qiymətləndirilməlidir. Madbuliyə görə, Beynəlxalq Valyuta Fondunun ötən il dekabrın 25-də Misirə 1,2 milyard dollar məbləğində kredit ayırması da Qahirəyə iqtisadi məsələlərdə etimadın göstəricisidir.

Baş nazirin sözlərinə görə, hökumət 2025-ci il üçün dövlətin bütün maliyyə öhdəliklərinin yerinə yetirilməsini və əsas məhsulların qiymətlərinin “Ramazan ayının başlanmasına qədər” sabitləşdirilməsini təmin etmək məqsədi daşıyan “dəqiq plan” hazırlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью