Misir Azərbaycana maşınqayırma məhsullarının ixracını artırıb

27.01.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qahirə, 27 yanvar, AZƏRTAC

Misirdə ötən il maşınqayırma məhsullarının ixracında böyük artım olub. Belə ki, ölkə 6,5 milyard dollarlıq məhsul ixrac edib.

AZƏRTAC Misirin Maşınqayırma İxracatçıları Şurasına istinadla xəbər verir ki, 2024-cü illə müqayisədə (5,7 milyard dollar) ötən il 13 faiz artım qeydə alınıb.

Şuranın sədri Şərif əl-Sayyad deyib ki, əsas artım alət və avadanlıqların ixracında qeydə alınıb və 30 faiz olub.

Digər sahələrdə artım belədir: elektrik və elektronika sənayesi məhsulları (23 faiz), avtomobil hissələri (15 faiz), məişət texnikası (15 faiz), nəqliyyat vasitələri (14 faiz). Bu məhsulların ixracında əsas artım qeydə alınan ölkələr arasında Keniya, Cənubi Afrika, Tanzaniya, Seneqal, Zimbabve, Çin, eləcə də Azərbaycan da var.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью