Misir bir neçə hava limanının idarə edilməsini özəl sektora verməyi planlaşdırır AZƏRTAC

26.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Qahirə, 26 dekabr, AZƏRTAC

Misir hökuməti ölkənin bir neçə hava limanının idarə edilməsini və istismarını özəl sektora verməyi planlaşdırır.

AZƏRTAC Misirin Nazirlər Kabinetinin saytına istinadla xəbər verir ki, bu barədə Baş nazir Mustafa Mədbuli dünən özəl sektor rəhbərləri ilə keçirilmiş iclasda danışıb. Baş nazir qeyd edib ki, bununla paralel olaraq, özəl sektor dövlətlə birgə tərəfdaşlıq vasitəsilə aviaşirkətlər təsis edə bilər. Bu təklif Misir aviasiya donanmasının genişləndirilməsinə və turizm sektorunun daha da inkişafına töhfə verəcək. M.Mədbuli qeyd edib ki, bu il Misirə təxminən 15.5 milyon turist gəlib. Hökumət gələn il bu sayın 18 milyona çatmasını planlaşdırır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью