Misir də təyyarə qəzasına biganə qalmadı

25.12.2024

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misir AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Misir hökuməti və xalqı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dost Azərbaycana başsağlığı verir", - XİN-in bəyanatında bildirilib.

Bundan əlavə, Misir Bakıya dəstəyini bəyan edib, bütün yaralılara tezliklə sağalmağı arzulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью