Misir Efiopiyaya belə cavab verdi

02.10.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Misir Efiopiyanın Əddis-Əbəbədəki Misir diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan etməsinə cavab olaraq, Qahirədəki Efiopiya səfirliyinin bir əməkdaşını ölkədən çıxaracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl-Qahira əl-İxbariya” dövlət telekanalı məlumat yayıb. Bildirilir ki, diplomat 48 saat ərzində Misiri tərk etməlidir.

Qeyd edək ki, Efiopiya oktyabrın 1-də Misir səfirliyinin əməkdaşlarından birini “persona non qrata” elan edib. Qahirə qərarı əsassız hesab etsə də, Əddis-Əbəbənin addımına mütənasib cavab verəcəyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью