Misir Ərəb Respublikasının Prezidenti Zatialiləri cənab Əbdülfəttah əsSisiyə | Icma.az
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Hörmətli cənab Prezident, 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərind
Dost ölkənizin ev sahibliyi ilə keçirilən bu mötəbər tədbir zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə
Siz təbrik mesajınızda qeyd etdiyiniz kimi Azərbaycanın təşkilata üzvlüyü ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacaqdır.
Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir.
Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.
Hörmətli cənab Prezident, Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Misir münasibətlərinin və əməkdaşlığının hazırkı səviyyəsi məmnunluq doğurur.
Tam oxu
Xəbəri oxu