Misir fələstinliləri pulla da qəbul etmək istəmir

25.09.2025

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Misirin diplomatik mənbələri Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzetinə açıqlamalarında Qahirənin son günlər Qərb ölkələrindən “külli miqdarda iqtisadi yardım” , Avropa ölkələrindən qrantlar və Körfəz ölkələrindən sərmayələr daxil olmaqla, Amerikanın Körfəz ölkələrini maliyyələşdirməyə razı salmaq öhdəliyi ilə bağlı təklif aldığını bildiriblər.
“Misirin cavabı “qəti imtina” olub. Qahirə Fələstin məsələsinin ləğvinə və ya Fələstin sakinlərinin öz torpaqlarından çıxarılmasına qarşıdır”, - xəbərdə vurğulanır.
Mənbələrdən birinin sözlərinə görə, Qahirə biri Afrika, digəri Asiya dövləti olmaqla iki ölkə ilə apardığı danışıqlarda onların İsrailin fələstinlilər üçün “alternativ vətən” təminatı təkliflərini rədd etmələrində israrlı idi.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью