Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misir fələstinlilərin öz yerlərindən kütləvi şəkildə zorla köçürülməsinə dözməyəcək.
APA “Reuters” ə istinadən xəbər verir ki, bunu Misirin Xarici İşlər Naziri Bədr Əbdülətti deyib.
“Fələstinlilərin köçürülməsi variant deyil və Misir üçün qırmızı xəttdir. Biz bunu baş verməsinə imkan verməyəcəyik.
Köçürülmə Fələstin məsələsinin məhvi mənasını verir və insanları öz vətənlərindən qovmağın qanuni, əxlaqi və etik heç bir əsası yoxdur”,- o əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.