Misir hərbçiləri Türkiyədə keçirilən təlimdə iştirak edirlər

23.09.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qahirə, 23 sentyabr, AZƏRTAC

Misir Hərbi Dəniz Qüvvələrinin birləşmələri Türkiyədə “Dostluq Dənizi – 2025” təlimində iştirak edir.

AZƏRTAC “Əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, sentyabrın 26-dək davam edəcək birgə təlim çərçivəsində heyətlərin bacarıqlarını artırmaq, hazırlıq səviyyəsini yüksəltmək və əməliyyat anlayışlarını birləşdirmək məqsədilə bir sıra mühazirələr və dəniz fəaliyyətləri həyata keçiriləcək.

“Dostluq Dənizi – 2025” təlimi silahlı qüvvələrin dost və qardaş ölkələrin orduları ilə müxtəlif ixtisaslar üzrə keçirdiyi birgə təlim planı çərçivəsində reallaşdırılır. Bu təlimlər hərbi əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi, eləcə də ən müasir döyüş taktikaları və üsulları üzrə biliklərin mənimsənilməsi baxımından mühüm rol oynayır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью