Misir İran və İsraili atəşkəsə riayət etməyə çağırıb

24.06.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Misir İran və İsrail arasında əldə olunmuş atəşkəs razılaşmasını alqışlayıb və hər iki tərəfi ona riayət etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq bəyanatı Misir Xarici İşlər Nazirliyi yayıb.

"Misir ABŞ Prezidenti Donald Trampın elan etdiyi İran və İsrail arasında atəşkəs razılaşmasını alqışlayır. Həm İsrail, həm də İran tərəfini atəşkəs rejiminə riayət etməyə və maksimum təmkin nümayiş etdirməyə çağırırıq", - XİN-in bəyanatında bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью