Misir İranla heç heçə etdi DÇ 2026

27.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə 2026-cı ilin Dünya Çempionatında 3-cü turun oyunları bu gün də davam edib.
Redaktor.az xəbər verir ki, səhər saat 07:00-da iki matç start götürüb: Misir – İran və Yeni Zelandiya – Belçika.
Misirlilər qrupda 1-ci yeri tutmaq üçün qələbə qazanmaq istəsələr də, oyun 1:1 hesabı ilə yekunlaşıb. 
Bu nəticə İran komandanın 2026-cı il Dünya Çempionatının G qrupunda ardıcıl üçüncü heç-heçəsi olub və "pley-off" mərhələsinə vəsiqə qazanıb-qazanmayacağı artıq digər oyunların nəticələrindən asılı vəziyyətə düşüb.

Misir hesabı oyunun 5-ci dəqiqəsində açıb. Mahmud Saberin zərbəsi müdafiəçilərin arasından keçərək qapıçı Əlirza Beyranvandı da keçib və qapıya daxil olub. Bir neçə dəqiqə sonra Mehdi Taremiyə qarşı edilən qayda pozuntusundan sonra penalti verilib. Lakin iranlı hücumçu 11-ci dəqiqədə yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsini Misir qapıçısının dəf etməsi səbəbindən qola çevirə bilməyib.

İran təzyiqini davam etdirib və cəmi üç dəqiqə sonra bərabərlik qolunu vurub. Milad Məhəmmədi cərimə meydançasına daxil olaraq təhlükəli zərbə endirib. Qapıçı topu qaytarsa da, Ramin Rzaian hesabı bərabərləşdirib - 1:1.

İkinci hissəyə əlavə olunmuş vaxtda Şüca Xəlilzadə cərimə zərbəsindən sonra topu qapıya göndərərək hesabı dəyişsə də, VAR yoxlanışından sonra qol qeydə alınmayıb və sevinc yarımçıq qalıb.

Bu heç-heçədən sonra İran G qrupunda keçirdiyi üç oyundan 3 xal toplayıb. Komanda bundan əvvəl Yeni Zelandiya ilə 2:2, Belçika ilə isə 0:0 hesablı heç-heçə etmişdi. İran millisi artıq qrupdakı digər oyunların nəticələrini gözləməlidir. 

Digər oyunda Belçika rəqibinə 5:1 hesabı ilə qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью