Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misir, İsrail və Qətərdən olan nümayəndələr Qəzza zolağına humanitar yardımın çatdırılması və yaralıların təxliyyəsi ilə bağlı Qahirədə məsləhətləşmələr aparır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu məlumatı Misirin “Əl-Qahirə Əl-İxbariyyə” telekanalı yayıb.
Məlumata görə, Misir paytaxtında danışıqlar iki gün davam edəcək, lakin "artıq irəliləyiş müşahidə olunur və tərəflər bir sıra məsələlər üzrə konsensusa gəliblər".