Misir limanındakı gəmilərdə yanğının PUA hücumu nəticəsində baş verdiyi təsdiqlənib

30.07.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Misirin Dimyat limanında yerləşən qazsaxlama və reqazifikasiya gəmilərində baş vermiş yanğının səbəbləri bəlli olub. XQ xəbər verir ki, Misir hökumətinin yaydığı rəsmi bəyanata görə, yanğın söndürüldükdən sonra aparılan ilkin araşdırmalar hadisənin pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində baş verdiyini ortaya çıxarıb.

Bəyanatda hələlik heç bir qruplaşmanın hücuma görə məsuliyyəti üzərinə götürmədiyi və incidentin digər təfərrüatlarının müəyyənləşdirilməsi üçün təhqiqatların davam etdirildiyi vurğulanıb. Qeyd edək ki, bir qədər əvvəl xarici media resursları da Dimyat limanındakı gəmilərin dron hücumuna məruz qalmış ola biləcəyi barədə xəbərlər yaymışdı.

Məsələ ilə bağlı “Ambrey” dəniz təhlükəsizliyi şirkətindən verilən açıqlamada bildirilib ki, Misirin ərazi sularında hücuma məruz qalan gəmilərdən biri ABŞ-yə məxsus Marşal adaları bayrağı altında fəaliyyət göstərən LNG saxlama gəmisi, digəri isə Yunanıstana məxsus Bermuda bayrağı altında üzən LNG tankeri olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью