Icma.az bildirir, Moderator.az portalına istinadən.
Misir hazırda Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən imzalanan Məkkə Paktına qoşulma imkanlarını araşdırır.
Moderator.az xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Ata məlumat verib.
"Bu məsələ ilə bağlı fikirlərimiz var, amma əvvəlcə məsələni müxtəlif aspektlərdən, o cümlədən hüquqi və texniki aspektlərdən nəzərdən keçirməliyik", - deyə Əbdül Ati Misirin Əl-Ələmeyn şəhərində türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında vurğulayıb.
Misir xarici işlər naziri qeyd edib ki, Qahirə müdafiə sazişində iştirak edən bütün ölkələrlə sıx əlaqədədir və daimi koordinasiyadadır.
Məkkə Paktı 7 avqustda Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl Səud, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Orada ölkələrdən hər hansı birinə edilən hücumun bütün tərəfdaşlara qarşı təcavüz aktı hesab ediləcəyi nəzərdə tutulur.