Misir Mərdanov Mehdiyevin yoldaşını əvəz edəcək?

13.01.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabiq təhsil naziri Misir Mərdanovun yaxın zamanda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı ilə bağlı xəbər yayılıb.

KONKRET.az bildirir ki, modern.az-ın əldə etdiyi məlumata görə, o, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi Hesablama riyaziyyat kafedrasının müdiri postunu tutacaq.

Globalinfo.az məsələ ilə bağlı Misir Mərdanovla əlaqə saxlayıb.

“Hələ ki belə bir məlumat yoxdur. Mən hazırda Bakı Dövlət Universitetinin Ali Riyaziyyat və Riyaziyyatın Tədrisi Metodikası kafedrasında çalışıram”, – o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью