Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 29 oktyabr, AZƏRTAC
AZƏRTAC-ın “Filtrsiz” layihəsinin növbəti buraxılışının qonağı professor Misir Mərdanov olub.
Aparıcı İradə İsayeva ilə söhbətdə müəllim nüfuzu, valideynlərin təhsil prosesində məsuliyyəti, repetitor hazırlığı və digər mövzular müzakirə edilib. Misir Mərdanov valideyn-müəllim münasibətinə diqqət çəkərək hər şeyi müəllimdən gözləməyin doğru olmadığını vurğulayıb.
Professor valideynlərə hövsələli olmağı tövsiyə edib. O, müəllimin nüfuzunun qorunmasının vacibliyindən və uşaqların erkən yaşlarda repetitor hazırlığına göndərilməsindən də danışıb.
Podkastı təqdim edirik.