Misir Mərdanovdan sərt REAKSİYA: Kimin ağzını yummaq olar ki?

27.01.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə sabiq təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə kafedra müdiri təyin edilib.
Milli.Az xəbər verir ki, məsələ ilə əlaqədar "Xəbərsiz"ə danışan Misir Mərdanov bu təyinatın yeni olmadığını və uzun illərdir həmin vəzifədə çalışdığını bildirib:
"Açığı, bu məsələni çox hallandırırlar. Mən təxminən 20 ilə yaxındır ki, Bakı Dövlət Universitetində kafedra müdiri vəzifəsində çalışıram və hazırda da fəaliyyətimi davam etdirirəm. Bu baxımdan heç bir narahatlıq yoxdur. Allah can sağlığı versin. Nə qədər imkanımız çatırsa, xalqımıza, millətimizə, millətimizin balalarına xidmət etmək hər birimizin, o cümlədən mənim də vətəndaşlıq borcumdur. Olan məsələni təkrar-təkrar deməyə nə ehtiyac var idi ki? Dedilər, deyiblər. Mən nə edə bilərəm? Axı kimin ağzını yummaq olar ki?"
Qeyd edək ki, sözügedən kafedra müdiri vəzifəsində daha əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva çalışıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью