Misir millisinin hücumçusu “Tottenhem”də

21.08.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə Misir milli komandasının hücumçusu Omar Marmuş İngiltərənin “Tottenhem” klubu ilə 2031-ci ilə qədər müqavilə üzrə razılığa gəlib.

İdman.Biz xəbər verir ki, transferin məbləği təxminən 52 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Omar Marmuş “Tottenhem”ə keçməzdən əvvəl İngiltərənin “Mançester Siti” klubunda çıxış edib.

Misirli hücumçu 2025-ci ilin yanvarında Almaniyanın “Ayntraxt Frankfurt” klubundan “Mançester Siti”yə transfer olunmuşdu.

O, bundan əvvəl “Volfsburq”, “Ştutqart” və “Ayntraxt Frankfurt” kimi klubların formasını geyinib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью