Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Yeni paytaxtın inşa edilməsi 60 milyard dollara başa gəlib, bu zaman ölkə iqtisadiyyatı ciddi böhran keçirir..." "İslam səkkizliyi" sammiti zamanı Misir prezidenti Əbdül -Fəttah əs-Sisi ölkənin yeni inzibati paytaxtı olan Vedian şəhərini və Qahirədən şərqə doğru 45 km aralıda yerləşən səhrada inşa edilmiş yeni Prezident Sarayını təqdim edib.
Moderator.az xəbər verir ki, bu barədə "livejournal.com" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, əksəriyyət hökumət ofisləri və müəssisələrinin, habelə biznes-mərkəzlərinin buraya köçürülməsi, beləliklə də 20 milyonluq Qahirənin yüklənmədən azad edilməsi planlaşdırılır.
Yeni paytaxtın inşası təxminən 60 milyard dollara başa gəlib, burada əsasən Çin şirkətləri çalışıb.
Bu, artıq Süveyş kanalını yenidən inşa edən Misir prezidentinin daha bir meqa-layihəsidir, indi isə ölkə vətəndaşlarını yeni şəhərlə sevindirib.
Şəhərin əsası 2015-ci ildə qoyulub. Yeni şəhərin təxminən 700 kvadrat km sahədə inşası 2016-cı ildə başlanıb.
Burada təxminən 6, 5 milyon insanın yaşayacağı gözlənilir. Yeni paytaxtda ölçülərinə görə Kaliforniyadakından dörd dəfə böyük olan "Disneyle