Misir prezidenti Qəzzada atəşkəs razılaşmasını alqışladı | Icma.az
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq. Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzza zolağında atəşkəs razılaşmasını alqışlayıb.
Redaktor.az xəbər verir ki, o, bununla bağlı feysbuk səhifəsində müvafiq bəyanat yayıb.
“Mən Misir, Qətər və ABŞ-nin təmsil etdiyi vasitəçilərin bir ildən artıq gərgin səylərindən sonra Qəzzada əldə olunan atəşkəs razılaşmasını alqışlayıram”, - deyə əs-Sisi yazıb.
Razılaşmanın işığında Misir lideri anklavda "hazırkı humanitar fəlakətin nəticələrini aradan qaldırmaq üçün Qəzzaya yardımın çatdırılmasını mümkün qədər tez bərpa etməyə" çağırıb.
Turan İSMAYIL Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu