Misir prezidenti Sisi ölkəsinin Suriyaya hər hansı hücumu rədd etdiyini bildirib

05.03.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Misir prezidenti Əbdülfəttah əs-Sisi Ərəb Liqası Zirvə Toplantısı çərçivəsində Qahirədə ilk dəfə Suriya prezidenti Əhməd Şara ilə görüşündə ölkəsinin Suriya ərazisinə istənilən hücumu rədd etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Misir Rəyasət Heyəti açıqlama yayıb.

Sisi görüşdə Misirin Suriya xalqını dəstəkləməyə və onların istəklərini həyata keçirməyə önəm verdiyini, sabitliyin və inkişafın təmin edilməsi üçün onların iradə və üstünlüklərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Prezident Sisi Suriya xalqının bütün komponentlərini əhatə edən və heç bir tərəfi istisna etməyən hərtərəfli siyasi prosesin başlanmasının vacibliyinə diqqət çəkib.

Suriya prezidenti Şara da Misir başda olmaqla ərəb ölkələri ilə “qardaşlıq” münasibətlərində yeni səhifə açmağa önəm verdiklərini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью