Misir Prezidenti Trampı mükafatlandıracaq

13.10.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Hurriyyet.az xəbər verir ki, Misir prezidenti Əbdülfəttah Əs-Sisi amerikalı həmkarı Donald Trampı Ərəb Respublikasının ali dövlət mükafatı olan Nil ordeni ilə təltif etmək qərarına gəlib. Bu barədə Misir liderinin ofisi məlumat yayıb.
Misir Prezidenti Ofisinin rəsmi "Feysbuk" səhifəsində yazılıb: "Amerika Prezidentinin münaqişələrin həllinə verdiyi töhfələrə, o cümlədən, Qəzza zolağındakı müharibənin dayandırılmasındakı roluna görə Misir prezidenti Əbdülfəttah Əs-Sisi ABŞ Prezidenti Donald Trampı Nil ordeni ilə təltif etmək qərarına gəlib".
Hürr Tərcüman

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью