Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir

11.09.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Hindistanda keçirilən BRICS sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Yaxın Şərqdə vəziyyətin sabitləşdirilməsinin vacibliyini bildirib.

APA xəbər verir ki, Misir lideri bu istiqamətdə Rusiya ilə birgə səylərin nəticə verəcəyinə ümid etdiyini qeyd edib.

“Şübhəsiz ki, vəziyyətin sabitləşdirilməsinə nail olmaq çox vacibdir. Bu, xüsusilə dəniz akvatoriyalarının və dəniz yollarının təhlükəsizliyinin, eləcə də naviqasiya azadlığının təmin edilməsinə aiddir. Biz birgə səylərlə sabitliyə nail olmaq istərdik”, – əs-Sisi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью