Misir Prezidentindən İlham Əliyevə MƏKTUB

08.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi və yaralanması xəbərini dərin kədər hissi ilə qarşıladım.
Zati-alinizə və dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həlak olanların ruhlarının şad olmasını diləyir, onların ailələrinə səbir və dözüm arzulayıram. Yaralananların tezliklə şəfa tapacaqlarına ümid edirəm.
Hörmətli cənab Prezident, bir daha dərin hüznlə başsağlığımı bildirir, Sizə və dost Azərbaycan xalqına sülh, əmin-amanlıq, sabitlik arzulayıram".


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью