Misir Qəzza ilə bağlı yeni plan təqdim edir

02.03.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Misir Ərəb Liqasının gələn həftə Qahirədə keçiriləcək sammitində Qəzza zolağının yenidən qurulması planını təqdim edəcək.

Axar.az xəbər verir ki, bunu Misirin xarci işlər naziri Bədr Abdel Ati deyib.

“Planın hazırlanması tamamlandı. Nazirlər toplantısında və Ərəb Liqasının sammitində ərəb qardaşlarımıza təsdiq üçün təqdim olunacaq”, - nazir bildirib.

Misirin xarici işlər naziri əlavə edib ki, plan yalnız təsdiq edildikdən sonra istənilən xarici aktora təqdim edilə bilər.

Qeyd edək ki, Ərəb Liqasının Fələstin problemi ilə bağlı təcili iclası martın 4-də Qahirədə keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью