Misir qida təhlükəsizliyi səbəbindən məşhur şəbəkələri bağlayıb

19.04.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misirin Milli Qida Təhlükəsizliyi Təşkilatı (NFSA) yoxlamalar zamanı ciddi gigiyena pozuntuları və müxtəlif qida məhsullarında patogen bakteriyaların olduğunu aşkar etdikdən sonra bir neçə tanınmış qida şəbəkəsinin, o cümlədən məşhur desertlər şəbəkəsi "B.Laba"nın müvəqqəti bağlanması barədə göstəriş verib.

Bizimyol.info xəbər verir ki, NFSA verdiyi açıqlamada, ölkə daxilində 47-dən çox satış məntəqəsindən toplanan qida nümunələrinin qida zəhərlənməsi ilə əlaqəli bakteriyalar üçün müsbət test edildiyini söyləyib. Agentlik həmçinin qadağan olunmuş qida boyalarından, çirklənmiş və ya düzgün işlənməmiş inqrediyentlərdən istifadə və qida təhlükəsizliyi qaydalarına geniş şəkildə əməl edilməməsi barədə məlumat verib.

"Bu bakteriyalar ilk növbədə həzm sisteminə təsir edir və qida yoluxucu xəstəliklərin əsas səbəblərindən biri hesab olunur", - deyə agetliyin bəyanatında qeyd edilib. Bəzi nümunələrdə həmçinin düzgün saxlanmaması səbəbindən xarab olma əlamətləri aşkar edilib, nəticədə təhlükəli məhsullar müsadirə edilib və təsirə məruz qalan yerlərdə əməliyyatlar dərhal dayandırılıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью