Misir "HƏMAS"a silahları təhvil verməyi təklif etməyib

08.10.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


"Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparan Misir vasitəçiləri Fələstinin HƏMAS hərəkatına anklavda silahlardan istifadəni təslim etmək əvəzinə müvəqqəti dayandırmağı təklif ediblər".

"Ölkə.az" xəbər verir ki, bu barədə Misirin Dövlət İnformasiya Xidmətinin rəhbəri Diya Rəşvan "Al-Ghad TV"ya məlumat verib.

"HƏMAS-ın tərksilah edilməsi ciddi çətinliklər yaradar, ona görə də Misir tərəfi Qəzzada silah tətbiqinin dayandırılmasını təklif edib. Hərəkat bu təşəbbüsə müsbət cavab verdi", - deyə o bildirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью