Misir Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib

25.05.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 may, AZƏRTAC

Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqin başçılıq etdiyi nümayəndə heyəti mayın 25-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi və nümayəndə heyətini Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью