Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 26 may, AZƏRTAC
Azərbaycanda rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razek mayın 26-da Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.