Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Səudiyyə Ərəbistanının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmağa hazır olduqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Sisi bu barədə Qahirənin şərqində yerləşən Misir Hərbi Akademiyasında keçirilən məzuniyyət mərasimində çıxışı zamanı danışıb.
Misir və Səudiyyə Ərəbistanının ərəb və İslam dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayan Sisi, ölkəsinin Ər-Riyadın təhlükəsizliyinə və sərhədlərinə qarşı hər hansı təhdidə dözməyəcəyini qeyd edib.
“ Səudiyyə Ərəbistanını qorumaq üçün hər addımı atacağıq. Tələb olunarsa, bunun üçün parlamentin təcili iclasını çağıracağam”, – deyə, Misir prezidenti bildirib.
Sisi, həmçinin Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişləri doğrultusunda, Ər-Riyadın tələb etdiyi istənilən addımı atmağa və ölkənin müdafiəsinə dəstək verməyə hazır olduqlarını vurğulayıb.
Aytən Yaşar/Turkustan.az