Misir tarixində ilk dəfə qalib gəldi DÇ 2026

22.06.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol üzrə dünya çempionatında Misir Yeni Zelandiya ilə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar 3:1 hesabı ilə qələbə qazanıblar.

Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geri dönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xal əldə ediblər.

Misir komandası tarixində ilk dəfə dünya çempionatında qalib gəlib. Onlar əvvəllər çempionatda səkkiz oyun keçirmiş, üç heç-heçə etmiş və beşində məğlub olmuşdular. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью