Misir Universitetində Azərbaycan dilinin tədrisinə yenidən başlanılıb | Icma.az
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misirin Ayn Şəms Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili şöbəsində Azərbaycan dilinin tədrisinə yenidən başlanılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, dərslər Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) maliyyə dəstəyi və Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilir.
Fakültənin 2-ci və 3-cü kurslarında təhsil alan 500-ə yaxın tələbə Azərbaycan dilini maraqla öyrənir.
Ana dilimizi Misirdə Azərbaycan diasporunun fəalı İnarə Osmanova tədris edir.
Xatırlayaq ki, Misirin bir neçə universitetində Azərbaycan dili tədris olunur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu