Misir və Fransa Aralıq dənizində birgə hərbi təlimlərə başlayıb

19.11.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Paris, 19 noyabr, AZƏRTAC

Misir və Fransa Aralıq dənizində “Cleopatre 2026” adlı birgə hərbi-dəniz təliminə başlayıb. Misir Silahlı Qüvvələrinin yaydığı məlumata görə, bir neçə gün davam edəcək manevrlər Misirin ərazi sularında, Şimal Donanmasının məsuliyyət zonasında keçirilir.

AZƏRTAC xəbər verir ki, təlimdə iki ölkənin bir sıra hərbi-dəniz qüvvələri iştirak edir. Manevrlərin əsas məqsədi dəniz təhdidlərinə və pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarını gücləndirmək, əməliyyat koordinasiyasını təkmilləşdirmək və hərbi təcrübə mübadiləsini genişləndirməkdir.

İlk mərhələdə iştirakçı qüvvələr arasında nəzəri və praktiki məşğələlər keçirilib. Təlim proqramına birgə dəniz əməliyyatlarının planlaşdırılması və həyata keçirilməsi, müxtəlif dəniz və hava təhdidlərinə qarşı fəaliyyət daxildir.

Misir ordusunun bildirdiyinə görə, “Cleopatre 2026” iki ölkə arasında hərbi əməkdaşlığın və peşəkar təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində növbəti addımdır.

Misir və Fransa hərbi-dəniz qüvvələri 2025-ci ilin dekabrında Fransanın ərazi sularında, 2024-cü ilin dekabrında isə Misirin Aralıq dənizindəki Şimal Donanmasının məsuliyyət zonasında oxşar təlimlər keçiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью