Misir və İordaniya rəsmiləri Əsədə Suriyanı tərk etməyi tövsiyə ediblər AzPolitika onlayn siyasiictimai qəzet

07.12.2024

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misir və İordaniya rəsmiləri Suriya prezidenti Bəşər Əsədi ölkəni tərk etməyə və xaricdə hökumət qurmağa çağırıb.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, Əsəd cümə günü Suriyada qalıb və keçən həftə həyat yoldaşı və uşaqlarını Rusiyaya göndərib.

Qəzetin yazdığına görə, Əsəd həmçinin Türkiyədən müxalifəti dayandırmaq üçün müdaxilə etməyi xahiş edib.

Məlumata görə o həmçinin Misir, İordaniya, İraq və BƏƏ-dən silah və kəşfiyyat dəstəyi istəyib, lakin rədd cavabı alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью