Misir və Qətər görüşü HƏMAS üçün nə vəd edir? ŞƏRH

22.10.2025

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

HƏMAS nümayəndə heyəti Qəzza zolağında atəşkəs rejiminin davam etdirilməsini müzakirə etmək məqsədilə bu gün Qahirədə Qətər və Misir rəsmiləri ilə görüş keçirəcək.

Görəsən, Misir və Qətər rəsmiləri ilə məsləhətləşmələrin sonunda hansı qərar veriləcək?

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Misir və Qətər HƏMAS-a atəşkəsə əməl etməyi, həmçinin nəzərdə tutulmuş girov və əsirlərin qaytarılması razılaşmasına riayət etməyi təklif edəcək.

“Növbəti mərhələyə—yəni tərksilah və Qəzzanın yenidən qurulması mərhələsinə hazırlıq məsələləri də müzakirə olunacaq”-deyə o qeyd edib.

Sədrəddin Soltan əlavə edib ki, indiki şəraitdə ən önəmli məsələlər atəşkəsin qorunması, girovların qaytarılması və tərksilah istiqamətində addımların atılmasıdır.

Onun fikrincə, Qahirədə keçiriləcək görüş də məhz bu istiqamətləri əhatə edir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью