Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Misir və Rusiya sabah "Rosatom" tərəfindən Misirdə inşa edilən "Əd-Dabaa" Atom Elektrik Stansiyası (AES) üçün nüvə yanacağının alınmasına dair müqavilə imzalamağı planlaşdırır.
"Ölkə.az" xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin dəftərxanasından bildirilib.
"Noyabrın 19-da tarixi hadisə baş verəcək - "Əd-Dabaa" AES-in birinci enerji blokunun reaktor korpusunun quraşdırılması, həmçinin nüvə yanacağının alınması ilə bağlı müqavilə imzalanacaq", - məlumatda qeyd edilib.